Hesabınıza daxil olun

Qeydiyyat

Şifrənin bərpa edilməsi

Hesabı aktivləşdirin

woutitle

Ümumi məlumat:

Dünyada elm artıq müasir təhsil metodikası və innovativ tədris modelləri vasitəsi ilə sərhədsiz bir sahəyə çevrilmishdir. Dilindən, millətindən və irqindən aslı olmayaraq dünyanin istənilən nöqtəsində müasir texnologiyalar vasitəsi ilə kəşf edilən elmi yeniliklər bir anda bütün dünyaya yayılır, akademik heyət tərəfindən təhlil edilir, təcrübədən keçirilir və tətbiq olunur. Elmi yeniliklər həmçinin dövlətlər, qitələr uçun deyil dünya nizamını özündə cəmləşdirir. Bununlada hər bir istedadlı insanın aşkar edilməsi, inkişaf etdirilməsi bir ölkənin, bir xalqın yaxud da bir qitənin inkişafı deyil eyni zamanda dünyamızın inkişafına yönəlmiş bir fəaliyyətdir. Bu səbəbdən də hər bir vətəndaşın müasir akademik yenilikləri dahada rahatlıqla öyrənməsinə dəstək olmaq üçün imkanlarımızı birləşdirdik. Hər kəsin rahatlıqla və sərbəst şəkildə istifadə edəcəyi müasir, innovativ və beynəlxalq akademik olimpiadaların virtual məkanı olan «Dunya Olimpiadalar Birliyi» platformasini təsis etdik.

DOB özəl milli və beynəlxalq olimpiadaları dəstəkləyən müasir innovativ platforma olmaqla yanaşı şagirdlərin və bu sahənin inkişafına yönəlmiş bir virtual məkandır. Platformanın «Sınaq» və «Akkreditə edilmiş yarışlar» bölmələrində təşkil edilən müsabiqələrdə ödənişli və ödənişsiz əsaslarla iştirak edə bilərsiniz. Bununlada fənn olimpiadaları və beynəlxalq olimpiadaların daha çox insan üçün əl çatan edərək daha geniş kütləyə yayılmasına dəstək vermiş olduq.

 

Məqsəd:

Məqsədimiz milli və beynəlxalq olimpiadaların ictimaiyyət arasında geniş yayılması, inkişaf etdirilməsi, daha rahat və əl çatan olması eyni zamanda istedadlı şagirdlərin aşkar edilməsidir. Platformada beynəlxalq fənn olimpiadaları ilə yanaşı həmçinin (müəllif hüquqlarını qorumaqla) dünya üzrə təşkil edilən müxtəlif növ olimpiadalar yer almişdir.

 

Müsabiqələr:

  • Sınaqlar

Bu bölmədə şagirdlərin milli və beynəlxalq olimpiadalara (müsabiqə, bilik yarışları və s.) daha  yaxşı hazırlaşması, tapşırıq nümunələri ilə tanış olması, bilik və bacarıqlarının dahada möhkəmləndirməsi məqsədi ilə sınaqlar təşkil edilir.. Buraya daxil olaraq siz ödənişli və ödənişsiz əsaslarla müxtəlif növ olimpiada, müsabiqə və bilik yarışlarında özünüzü sınaya bilərlərsiniz.

 

  • Akkreditə edilmiş yarışlar:

Bu bölmədə isə Beynəlxalq təşkilatlar tərəfindən akkreditasyadan keçmiş və rəsmi nümayəndəlik almış milli və beynəlxalq olimpiadalar, müsabiqə, bilik yarışlar təşkil edilir.

 

İstifadəçilər və imkanlar:

  • İştirakçı (Şagirdlər, tələbələr və s)

Olimpiadalalarda iştirak etmək üçün öncədən daxil olub qeydiyyatdan kecməklə şəxsi kabinetinizi yaradırsınız. Şəxsi kabinet vasitəsi ilə şagird keciriləcək hər bir müsabiqənin bildirişini alır. İştirak etdiyi yarışdakı nəticəsini online görür, statistik dinamikasına nəzarət ede bilir. Həmçinin tapşırıqların izahli həlləri (pdf yaxud video) ilə tanış ola bilir. Eyni zamanda hər bir iştirakçi müsabiqə bitdiyi anda tutduğu yeri ve nəticəsini görür və təltif olunduğu sertifikatı əldə edir. Müsabiqəllərdə iştirakçıların Sertifikatlarının doğrulugunu  yoxlamaq üçün platformada "sertifikat heqiqiliyini yoxlanma" bölməsidə müvcuddur. Ümumilikdə siz platformaya üzv olaraq barənizdəki bütün məlumatların, iştirak etdiyiniz müsabiqələrin, statistik dinamikası və sertifikatlarınızın şəxsi kabinetinizdə toplanmasına nail olmuş olacaqsınız. Beləliklədə bu sizə imkan verəcək ki, öz artan yaxud da azalan dinamikanızı təhlil edib gələcək dərslərinizə daha yaxşı hazırlaşasınız.

 

  • Korporativ əməkdaşlar (müəllimlər, təhsil müəssisələri, hazırlıq mərkəzləri və s.)

İlk dəfə olaraq bütün təşkilatlar öz yarışlarını rahatlıqla təşkil etmək üçün beynəlxalq, müasir, innovativ platformadan istifadə edə biləcəklər. Olimpiada yarışlarının inkişaf etdirilməsi məqsədi ilə platforma müxtəlif qrum və təşkilatlar tərəfindən təşkil edilən olimpiadaların keçirilməsi üçündə xüsusi imkanlar yaradir. Beləliklə olimpiada (müsabiqə, bilik yarışları) hazırlıqlar ilə məşğul olan müəllim və təhsil müəssisələri (ozəl və dovlət qurumlari, məktəblər, kurslar, fərdi muəllimlər və digər tshkilatlar) öz olimpiadalarını təşkil edə biləcəklər. Bununlada siz öz olimpiadanızı hazırlaya və DOM vasitəsi ilə müsabiqə keçire bilərsiniz. Bunun üçün sizdən tələb olunan əməkdaşların qeydiyyatı bölməsinə daxil olub özünüz barəsində qısa məlumat verməyinizdir. Xüsusi ilə qeyd etmək istərdik ki, DOM sizə təşkil edəcəyiniz müsabiqə və olimpiadalara görə ödəniş ödəyəcəkdir. Hal hazırda əsasən ödənişsiz müsabiqələr nəzərdə tutulmuşdur amma əməkdaşın istəyindən aslı olaraq təşkil edəcəyiniz müsabiqəni odenishli əsaslarlada edə bilərsiniz.